Milli Məclisin deputatları Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsində Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleyasının nümayəndələri ilə görüşüblər.
Görüş zamanı forumun beynəlxalq əhəmiyyəti, Azərbaycanda urbanizasiya sahəsində həyata keçirilən islahatlar və şəhərsalma istiqamətində görülən işlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputatlar ölkəmizin dayanıqlı şəhər inkişafı və müasir urbanizasiya siyasəti sahəsində qazandığı təcrübəni diqqətə çatdırıblar.
Müzakirələrdə Azərbaycanın MDB Parlamentlərarası Assambleyası çərçivəsində fəaliyyəti, parlamentlərarası əməkdaşlığın inkişafı və qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura iclası və 60-cı plenar sessiyasında iştirak məqsədilə Rusiya Federasiyasına etdiyi səfərin əhəmiyyəti qeyd olunub.
Görüşdə çıxış edən Rusiya Federasiyası Dövlət Dumasının Aqrar məsələlər komitəsinin üzvü Aleksey Lavrinenko və MDB PA Katibliyinin nümayəndəsi Nataliya Amburtseva WUF13 forumunun beynəlxalq əməkdaşlığın gücləndirilməsi və urbanizasiya sahəsində aktual çağırışların müzakirəsi baxımından mühüm platforma olduğunu bildiriblər. Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etməsi xüsusi qeyd olunub.
Daha sonra Özbəkistan Respublikası Qanunvericilik Palatasının komitə üzvü Boriy Alixanov çıxış edərək, WUF13 forumunun qlobal urbanizasiya çağırışlarının müzakirəsində mühüm rol oynadığını vurğulayıb. O, Özbəkistan Prezidentinin tədbirdə iştirak məqsədilə Azərbaycana səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin göstəricisi olduğunu bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, regional əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyətin əhəmiyyəti də diqqət mərkəzində olub.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət


