Qaynarxett.az xəbər verir ki, tədbirdə dağ regionlarının inkişaf perspektivləri, dayanıqlı şəhərsalma yanaşmaları, müasir urbanizasiya çağırışları və beynəlxalq əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı dağ yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı, ekoloji tarazlığın qorunması və infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Deputat bildirib ki, WUF13 forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun və dayanıqlı inkişaf sahəsində qlobal təşəbbüslərə verdiyi töhfənin növbəti göstəricisidir. Qeyd olunub ki, ölkəmizin belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi şəhərsalma və urbanizasiya sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini nümayiş etdirir.
Tədbirdə həmçinin dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq təcrübənin paylaşılması və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.


