backend

Tamam Cəfərova ekoloqları peşə bayramı münasibətilə təbrik edib

Milli Məclisin deputatı Tamam Cəfərova Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
Deputat bildirib ki, 2007-ci il 16 may tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən hər il may ayının 23-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Təbrikdə vurğulanıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və təbii sərvətlərin səmərəli istifadəsi istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Tamam Cəfərova nazirliyin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq qeyd edib ki, onların peşəkar və məsuliyyətli fəaliyyəti Azərbaycanın ekoloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Deputat əminliyini ifadə edib ki, ekoloqlar bundan sonra da ölkəmizdə sağlam ətraf mühitin formalaşdırılması və təbiətin qorunması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirəcəklər.