Milli Məclisin deputatı Sahib Alıyev Ermənistan mediasında yayılan son məlumatlarla bağlı paylaşım edib.
Deputat bildirib ki, Ermənistanın hakimiyyətə yaxın və əsasən hərbi mövzulara diqqət ayıran media resurslarında mayın 28-də keçiriləcək hərbi paradda İran istehsalı olan “AD-08 Majid” zenit-raket kompleksinin nümayiş etdiriləcəyi barədə məlumatlar yayılıb. Paylaşımlarda həmin kompleksin ABŞ istehsalı olan F-35 qırıcısını vurduğu iddialarının da xüsusi vurğulandığı qeyd olunub.
Sahib Alıyev diqqətə çatdırıb ki, digər xəbərdə isə Rusiya kəşfiyyatı ilə əlaqələrdə ittiham olunan keçmiş deputat Andranik Tevanyanın həbsi Ermənistan tarixində bu istiqamətdə ilk “cəsarətli addım” kimi təqdim edilir. Onun sözlərinə görə, materialda açıq şəkildə bildirilir ki, Ermənistanda başqa dövlətlərə casusluqda ittiham olunan şəxslər həbs olunsa da, Rusiyaya işləyənlərə indiyədək toxunulmayıb.
Deputat paylaşımında vurğulayıb ki, Ermənistanda hakimiyyət iddiasında olan bir çox siyasi fiqurların xarici güclərlə əlaqələri barədə yayılan məlumatlar regiondakı siyasi proseslərin mahiyyətini göstərən mühüm məqamlardan biridir.
Sahib Alıyev qeyd edib ki, Ermənistan daxilində baş verən bu hadisələr ölkədə geosiyasi təsir uğrunda mübarizənin yeni mərhələyə keçdiyini nümayiş etdirir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
Siyasət
gundem / Sosial
gundem / Siyasət
gundem / Siyasət









