backend

Azərbaycanda yeni şirkət fəaliyyətə başladı

SM Marin LTD-də yeni təyinat həyata keçirilib. Şirkətin təsisçisi, xeyriyyəçi iş xanımı Xanım Süleymanlı tərəfindən Arzu Zulalov şirkətin direktoru vəzifəsinə təyin olunub.

Şirkətdən verilən məlumata görə, SM Marin LTD layihələrin idarə olunması, tikinti və neft sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri kimi fəaliyyətini daha da genişləndirməyi hədəfləyir. Yeni təyinatın şirkətin gələcək inkişaf strategiyasında mühüm rol oynayacağı bildirilir.

Şirkətin təsisçisi Xanım Süleymanlı yaxın günlərdə ictimaiyyətə geniş açıqlama verəcəyini bildirib. O qeyd edib ki, əsas məqsədləri ölkənin inkişafına töhfə vermək, yeni layihələr həyata keçirmək və dövlətə layiqli xidmət göstərməkdir.

Xanım Süleymanlı vurğulayıb ki, SM Marin LTD gələcək dövrdə həm tikinti, həm də neft sektorunda innovativ layihələrə imza ataraq ölkə iqtisadiyyatına dəstəyini davam etdirəcək.

“Bizim məqsədimiz gələcəkdə böyük işlər görüb dövlətimizə xidmət etməkdir”, – deyə şirkət rəhbərliyi bildirib.

Şirkət Nərimanov rayonu, Təbriz küçəsində yerləşir.