Tədbirdə Milli Məclisin deputatı Vasif Qafarov iştirak edərək məruzə ilə çıxış edib.
Deputat çıxışında bildirib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan tarixində deyil, bütövlükdə Şərq dünyasında demokratik dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz iz qoyub.
Vasif Qafarov vurğulayıb ki, bu gün müasir Azərbaycan dövləti məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Tədbirdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən, dövlətçilik ənənələrinin qorunmasının vacibliyindən və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən də bəhs edilib.





