Görüşlər zamanı bildirilib ki, şəhid ailələri, qazilər və sosial həssas təbəqədən olan vətəndaşlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Qeyd olunub ki, belə humanitar aksiyaların əsas məqsədi bayram günlərində ailələrin sevincinə şərik olmaq, onlara mənəvi dəstək göstərməkdir.
Aksiya çərçivəsində yüzdən çox sakin əhatə olunub. Bildirilib ki, gələcəkdə də bu cür sosialyönümlü tədbirlərin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.








