backend

Şəkidə bayram ərəfəsində xeyriyyə aksiyası keçirildi

Deputat Vüqar İskəndərovun təşəbbüsü və Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə Şəkidə qarşıdan gələn Ramazan bayramı və Novruz bayramı münasibətilə görmə məhdudiyyətli sakinlər və aztəminatlı ailələrlə görüş keçirilib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı deputatın bayram təbrikləri iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, həssas qruplara aid vətəndaşlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Tədbirin sonunda aztəminatlı ailələrin uşaqlarına bayram hədiyyələri təqdim edilib, görmə məhdudiyyətli şəhər sakinlərinə isə bayram sovqatları paylanılıb.

Göstərilən dəstəyə görə Nigar Bayramlıya təşəkkür ifadə olunub.