Milli Məclisin deputatı Sahib Alıyev Ermənistan rəhbərliyinin son açıqlamalarını şərh edərək bildirib ki, Baş nazir Nikol Paşinyan və parlament sədri Alen Simonyanın çıxışları erməni siyasi elitasında Azərbaycanın ərazi bütövlüyünə münasibətin mahiyyətcə dəyişmədiyini göstərir.
Deputat qeyd edib ki, Paşinyanın seçki kampaniyası zamanı səsləndirdiyi fikirlər ilk baxışdan səmimi etiraf təsiri bağışlasa da, onun Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışına qarşı çıxması bu səmimiyyət barədə ciddi suallar yaradır.
Sahib Alıyevin sözlərinə görə, Paşinyan işğal siyasətinin nəticələrindən danışsa da, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və işğal faktlarına görə üzrxahlıq etməyib. Deputat hesab edir ki, bu baxımdan Paşinyanla Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan arasında ciddi fərq görünmür.
Millət vəkili Ermənistan parlamentinin sədri Alen Simonyanın son müsahibəsinə də toxunaraq bildirib ki, Simonyanın narahatlığı Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən və həmin ərazilərin həqiqi sahiblərinə qaytarılmasından qaynaqlanır. Onun fikrincə, Ermənistan rəhbərliyinin əsas məyusluğu işğalın davam etdirilməsi üçün gözlədikləri beynəlxalq dəstəyi ala bilməmələridir.
Sahib Alıyev vurğulayıb ki, Ermənistan cəmiyyətində və siyasi rəhbərliyində indiyədək Azərbaycan xalqına qarşı törədilmiş haqsızlıqlara görə səmimi üzrxahlıq ifadə olunmayıb. Əksinə, onların narahatlığı işğal siyasətinin nəticələrinin qorunub saxlanılmaması və əvvəlki dəstəyin itirilməsi ilə bağlıdır.
Deputatın sözlərinə görə, bu yanaşma Ermənistanın siyasi zehniyyətində ciddi dəyişiklik baş vermədiyini göstərir. O qeyd edib ki, regionda davamlı sülh üçün ilk növbədə məhz bu düşüncə tərzi dəyişməlidir.
“Zehniyyət yerindədirsə, ‘Dəmir Yumruq’ da yerində və həmişə gücləndirilmiş iş rejimində olmalıdır”, – deyə Sahib Alıyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət







