Qaynarxett.az xəbər verir ki, deputat rayon sakinləri ilə görüşərək onların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Səfər çərçivəsində seçicilərin evlərində olan Razi Nurullayev onların sosial vəziyyəti və gündəlik qayğıları ilə yaxından maraqlanıb.
Eyni zamanda deputat yas məclislərində iştirak edərək mərhumların ailələrinə başsağlığı verib, onların dərdlərini bölüşüb. Vətəndaşlarla səmimi söhbətlər aparan millət vəkili qaldırılan problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılacağını və nəzarətdə saxlanılacağını qeyd edib.
Razi Nurullayev seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin vətəndaşların problemlərinin operativ həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.





