Qaynarxett.az xəbər verir ki, tədbirdə XX əsrin repressiya qurbanlarının xatirəsi yad olunub, onların Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikrinin inkişafındakı xidmətlərindən bəhs edilib. Çıxışlarda görkəmli şair Mikayıl Müşfiqin yaradıcılığına, onun Azərbaycan poeziyasına verdiyi töhfələrə xüsusi diqqət yetirilib.
Anım mərasimində məktəblilərin ifasında Mikayıl Müşfiqin şeirləri səsləndirilib, şairin həyat və yaradıcılığını əks etdirən təqdimatlar nümayiş olunub.
Göydəniz Qəhrəmanov belə tədbirlərin gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir iştirakçıları repressiya qurbanlarının və Mikayıl Müşfiqin əziz xatirəsini ehtiramla anıblar.




