backend

Sevinc Hüseynova Ralf Horlemannın şərəfinə təşkil olunan vida mərasimində iştirak edib

Milli Məclisin deputatı Sevinc Hüseynova Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tərəfindən iqamətgahda təşkil olunan vida mərasimində iştirak edib.

Sevinc Hüseynova bildirib ki, Ralf Horlemann Azərbaycanda fəaliyyəti dövründə peşəkar diplomatik fəaliyyəti ilə yanaşı, Azərbaycan cəmiyyətinə yaxınlığı və səmimiyyəti ilə də seçilib. O, Azərbaycan xalqı ilə ünsiyyət qurmağı, ölkəmizin ictimai və mədəni həyatını yaxından izləməyi bacarıb.

Deputat vurğulayıb ki, səfirin fəaliyyəti Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etməsinə, qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsinə xidmət edib.

Sevinc Hüseynova Ralf Horlemanna təqaüd həyatında sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayaraq, onun Azərbaycanda qazandığı dostluqların daim davam edəcəyinə əminliyini ifadə edib.