Milli Məclisin deputatı Vüqar İskəndərov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tərəfindən iqamətgahda təşkil olunan vida mərasimində iştirak edib.
Deputat qeyd edib ki, Ralf Horlemann Azərbaycandakı fəaliyyəti dövründə diplomatik münasibətlərin inkişafına mühüm töhfələr verib. O, yalnız səfir kimi deyil, həm də Azərbaycan cəmiyyətinə yaxın və səmimi münasibət göstərən bir şəxs kimi yadda qalıb.
Vüqar İskəndərov vurğulayıb ki, Ralf Horlemannın açıq ünsiyyəti, sadəliyi və insanlarla səmimi münasibəti ona böyük hörmət qazandırıb. Səfir Azərbaycan xalqı ilə qaynayıb-qarışaraq ölkəmizdə xoş təəssürat yaradıb.
Deputat Ralf Horlemanna təqaüdə çıxması münasibətilə ən xoş arzularını çatdırıb, gələcək həyatında ona möhkəm cansağlığı və uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / maraqli / Siyasət
gundem / Siyasət




