Milli Məclisin deputatı Aydın Hüseynov Bakı Dövlət Universitetinin Məzun Günündə iştirak edib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbir yüksək əhval-ruhiyyə və möhtəşəm atmosferi ilə yadda qalıb. Məzunlar, müəllimlər və valideynlərin iştirak etdiyi tədbirdə universitet həyatının ən yaddaqalan anları bir daha xatırlanıb, gənclərin gələcək uğurlarına inam ifadə olunub.
Deputat Aydın Hüseynov bildirib ki, Bakı Dövlət Universitetinin Məzun Günü olduqca möhtəşəm və unudulmaz şəkildə keçirilib. Onun sözlərinə görə, ali təhsil mərhələsini uğurla başa vuran gənclər ölkənin gələcək inkişafında mühüm rol oynayacaq, əldə etdikləri bilik və bacarıqlarla Azərbaycanın tərəqqəsinə töhfə verəcəklər.
Tədbir bədii proqramlar, musiqi nömrələri və məzunların sevinc dolu çıxışları ilə davam edib. Məzunlar tələbəlik illərinin başa çatmasını qeyd etməklə yanaşı, gələcək həyat və karyeralarında yeni mərhələyə qədəm qoyduqlarını vurğulayıblar.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət / Şou-Biznes
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət




