backend

Aydın Hüseynov Bakı Dövlət Universitetinin Məzun Günündə iştirak edib

Milli Məclisin deputatı Aydın Hüseynov Bakı Dövlət Universitetinin Məzun Günündə iştirak edib.

Milli Gimnastika Arenasında keçirilən tədbirdə universitetin məzunları, müəllimləri, valideynlər və ictimaiyyət nümayəndələri bir araya gəlib. Məzunların uzun illər ərzində qazandıqları bilik və bacarıqların qeyd olunduğu tədbir bayram ab-havasında keçib.

Deputat Aydın Hüseynov bildirib ki, Bakı Dövlət Universitetinin Məzun Günü olduqca möhtəşəm və yadda qalan şəkildə təşkil olunub. Onun sözlərinə görə, tədbir gənclərin sevincini bölüşmək, onların əldə etdikləri uğurları qeyd etmək və gələcək həyat yollarında onlara uğurlar arzulamaq baxımından xüsusi əhəmiyyət daşıyıb.

Aydın Hüseynov məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və Vətənə layiqli xidmət arzulayıb. Deputat qeyd edib ki, Azərbaycan gəncliyi ölkənin inkişafında mühüm rol oynayır və onların yüksək təhsil alaraq cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi dövlətin prioritet məsələlərindən biridir.