Qəbul zamanı kənd sakinləri tərəfindən müxtəlif sosial, məişət və infrastruktur məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Deputat vətəndaşların qaldırdıqları problemləri diqqətlə dinləyərək onların qeydiyyata alındığını bildirib.
Görüşdə səsləndirilən müraciətlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələrin qurulacağı, qanunvericiliyin imkan verdiyi çərçivədə müvafiq addımların atılacağı qeyd olunub.
Azər Kərimli vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin onların problemlərinin yerində öyrənilməsi və operativ həllinə töhfə verdiyini vurğulayıb. Deputat bundan sonra da seçicilərlə sıx təmasların davam etdiriləcəyini bildirib.





