backend

Sahib Alıyev Ağdaşın Mürsəl kəndində seçicilərlə görüşüb

Milli Məclisin deputatı Sahib Alıyev Ağdaş rayonunun Mürsəl kəndində seçicilərlə növbəti görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı kənd sakinlərini maraqlandıran məsələlər dinlənilib, onların müraciət və təklifləri ilə yaxından tanış olunub. Seçicilər sosial, infrastruktur, məşğulluq və digər sahələrlə bağlı fikir və istəklərini deputatın diqqətinə çatdırıblar.

Sahib Alıyev görüşdə qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla müvafiq işlərin aparılacağını bildirib. Deputat vətəndaşlarla mütəmadi ünsiyyətin vacibliyini vurğulayaraq, seçicilərin problemlərinin öyrənilməsi və həlli üçün bu cür görüşlərin davam etdiriləcəyini qeyd edib.

Səmimi şəraitdə keçən görüşdə kənd sakinləri onları narahat edən problemlərin dinlənilməsindən məmnunluqlarını ifadə edib, göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.