Qaynarxett.az xəbər verir ki, tədbirdə müəllimlər, valideynlər və şagirdlərlə bir araya gələn deputat məzunları həyatlarının mühüm mərhələsini uğurla başa vurmaları münasibətilə təbrik edib. O, gənclərin təhsil və gələcək karyera yollarında uğurlar qazanacaqlarına inandığını bildirib.
Müşfiq Məmmədli qeyd edib ki, məzunların sevincinə şərik olmaq və onların həyatında xüsusi yer tutan bu unudulmaz günü birlikdə qeyd etmək böyük məmnunluq doğurur.
Deputat çıxışında bütün məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq, onların ölkəmizin inkişafına töhfə verən savadlı və vətənpərvər gənclər kimi yetişəcəklərinə əminliyini ifadə edib.
“Son zəng” tədbiri məzunların hazırladıqları bədii proqram, musiqi nömrələri və xatirə anları ilə yadda qalıb.




