Qaynarxett.az xəbər verir ki, qəbul zamanı kənd sakinlərinin fərdi müraciətləri, təklif və problemləri dinlənilib. Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı məsələləri deputatın diqqətinə çatdırıblar.
Səsləndirilən bütün müraciətlər qeydə alınıb, qaldırılan problemlərin aidiyyəti dövlət qurumları ilə birgə araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Azər Kərimli vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, seçicilərlə birbaşa ünsiyyətin onların problemlərinin operativ şəkildə öyrənilməsi və həllinə töhfə verdiyini qeyd edib.







