backend

Azər Kərimli Katex kəndində vətəndaşlarla görüş keçirdi

Milli Məclisin deputatı Azər Kərimli Balakən rayonunun Katex kəndində vətəndaşlarla görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı kənd sakinlərini narahat edən sosial, infrastruktur və digər məsələlər dinlənilib, onların müraciət və təklifləri qeydə alınıb. Sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq addımların atılacağı bildirilib.
Deputat vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, insanların müraciətlərinin operativ şəkildə araşdırılması və həllinə dəstək göstərilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, sakinləri maraqlandıran suallar cavablandırılıb. Qaldırılan məsələlər nəzarətə götürülərək onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.