Sərginin əsas məqsədi incəsənətin mədəni diplomatiyanın ən güclü vasitələrindən biri olduğunu nümayiş etdirmək, Azərbaycan ilə Misir arasında mədəni əlaqələrin daha da inkişafına töhfə vermək, eləcə də qədim Misir irsini müasir bədii yanaşmalar vasitəsilə təqdim etmək olub.
Ekspozisiyada yer alan əsərlərdə qədim Misirin incəsənəti, dövlətçilik ənənələri, ölməzlik anlayışı və zəngin mədəni irsi müxtəlif yaradıcılıq üslubları ilə əks etdirilib. Gənc rəssamların fərqli baxış bucağı və bədii interpretasiyası sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində tanınmış rəssam və müəllimə Leyla Əliyeva ilə də görüş keçirilib, mədəniyyət, incəsənət və gənc rəssamların yaradıcılıq imkanları ətrafında səmimi fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, bu kimi beynəlxalq layihələr xalqlar arasında mədəni dialoqun genişlənməsinə, yaradıcı əməkdaşlığın güclənməsinə və gənc istedadların beynəlxalq müstəvidə tanıdılmasına mühüm töhfə verir.
Sonda Leyla Əliyevaya yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulanıb.



