Milli Məclisin deputatı Fatma Yıldırım IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı paylaşım edib.
Deputat bildirib ki, dövlət başçısının Forum çərçivəsində verdiyi mesajlar Azərbaycanın son illərdə əldə etdiyi uğurların, milli maraqlara söykənən xarici siyasət kursunun və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun bariz ifadəsidir. Onun sözlərinə görə, Şuşadan dünyaya ünvanlanan çağırışlar Azərbaycanın qlobal proseslərə töhfə verən, təşəbbüsləri ilə seçilən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlət olduğunu bir daha nümayiş etdirib.
Fatma Yıldırım qeyd edib ki, artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunu əks etdirən mühüm platformaya çevrilib. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, jurnalistlərin və ekspertlərin Şuşada bir araya gəlməsi şəhərin beynəlxalq dialoq mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası, müasir yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması və tarixi-mədəni irsin bərpası ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Paylaşımda Azərbaycanın beynəlxalq nəqliyyat-logistika dəhlizlərində artan rolu, Şərq–Qərb və Şimal–Cənub marşrutlarının əsas iştirakçılarından biri kimi geostrateji mövqeyinin möhkəmlənməsi, Türkiyə ilə müttəfiqlik münasibətlərinin Şuşa Bəyannaməsi əsasında daha da inkişaf etməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin uğurları da xüsusi qeyd olunub.
Fatma Yıldırım sonda vurğulayıb ki, Şuşadan səsləndirilən strateji mesajlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən, beynəlxalq hüquqa söykənən siyasət yürüdən və qlobal əməkdaşlığa töhfə verən güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirdiyini bir daha təsdiqləyir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






