Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda keçirdiyi görüşlər, apardığı müzakirələr yaddaqalan oldu. Bu ilki Davos Forumu da ölkəmizin iqtisadi potensialının beynəlxalq miqyasda tanıdılması və yeni formalaşmış siyasi reallıqların təşviqi baxımından əhəmiyyətli idi. Sözsüz ki, bu Forumda ölkəmizin yüksək səviyyədə təmsil olunması olduqca önəmlidir. Bu xüsusda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün faydalı amil kimi qiymətləndirilir.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, Azərbaycan Prezidentinin keçirmiş olduğu görüşlər, aparılan müzakirələr, qarşılıqlı təmaslar əsas vəzifələrin reallığa çevrilməsi baxımında faydalı oldu: “Azərbaycan digər mühüm vacib platformalar kimi Dünya Davos İqtisadi Forumunda da aktiv iştirak edir. Bu ilki Forumda da qlobal iqtisadi və siyasi məsələlər ətrafında ciddi müzakirələr aparıldı. Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malik bir platforma olmaqla yanaşı dünyada gedən bir çox məsələlərin müzakirə edilməsi və proseslərin gedişində həll yollarının tapılması, qarşılıqlı maraq yaradan addımların atılması baxımından təsirlidir. Bu mənada Davosda aparılan müzakirələr dünya ictimaiyyətinin diqqət mərkəzində idi.
Azərbaycan Davos İqtisadi Forumunda 1995-ci ildən iştirak edir. 1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Prezident İlham Əliyev tərəfindən sonrakı dövrdə bu ənənə uğurla davam etdirilib.
Bu bir reallıqdır ki, ərazi bütövlüyünü və suverenliyini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan regional və qlobal miqyasda sülhün, əməkdaşlığın tərəfdarı kimi vacib təşəbbüslərlə çıxış edir. Məhz bunun fonunda Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir. Bu amil isə ölkəmizin Davos İqtisadi Forum kimi vacib bir platformada fəallığının ilbəil artmasına səbəb olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar məhz milli maraqlar üzərində formalaşıb. Dövlətimizin başçısı da hər il Davos Forumunda keçirilən iclaslar çərçivəsində vacib çıxışlar edir, panellərə qatılır, çoxsaylı suallara tam dolğun cavablar səsləndirir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda (World Economic Forum – WEF) davamlı iştirakı Azərbaycan üçün beynəlxalq siyasi-iqtisadi müstəvidə mühüm çağırışları özündə ehtiva edir: “Prezident İlham Əliyevin bu il Davos Forumu çərçivəsində keçirdiyi görüşlər bir çox əlamətlərinə görə tarixi xarakterə malikdir. Ölkəmizin başçısı Forumda müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib, beynəlxalq təşkilatların rəhbərləri, qlobal şirkətlərin nümayəndələri ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıb. Bu mənada Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirdiyi mühüm görüşlər sırasında Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla görüşü də mühüm önəm kəsb edib.
Sözsüz ki, Prezident İlham Əliyevin 2026-cı il Davos Dünya İqtisadi Forumunda iştirakı Azərbaycanın qlobal dialoqda strateji mövqeyinin açıq təzahürüdür. Bu mənada bu ilki Davos Forumu da beynəlxalq ictimaiyyət üçün qlobal çağırışların, iqtisadi transformasiyaların və geosiyasi proseslərin müzakirə olunması ilə yadda qaldı. Ölkəmizin başçısının bu nüfuzlu Forumda iştirakı Azərbaycanın qlobal iqtisadi və siyasi dialoqlarda fəal mövqeyini, regional və beynəlxalq proseslərə verdiyi töhfənin bariz nümunəsidir.
Davos Forumunda iştirak eyni zamanda Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq auditoriyaya birbaşa çatdırılması, ölkənin iqtisadi potensialının və strateji prioritetlərinin təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2026-cı il Forumu da bu baxımdan Azərbaycanın dayanıqlı inkişaf modeli, enerji təhlükəsizliyi, yaşıl keçid və regional əməkdaşlıq məsələlərinin ön plana çıxarıldığı mühüm bir platforma kimi dəyərləndirilir.
Qlobal enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi Davos Forumunun əsas müzakirə mövzularından biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxış və müzakirələrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti və ölkənin bərpaolunan enerji sahəsində həyata keçirdiyi iri miqyaslı layihələr barədə mövqeyini ifadə etməsi olduqca önəmlidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi, günəş və külək enerjisi layihələri, eləcə də beynəlxalq investorlarla əməkdaşlıq imkanları Azərbaycanın iqlim gündəliyinə verdiyi real töhfələrin göstəricisidir”.
Sevinc Hüseynova hesab edir ki, Prezident İlham Əliyevin Davos Forumundakı iştirakının mühüm istiqamətlərindən biri də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması idi: “Postmünaqişə dövründə Azərbaycanın sülh, əməkdaşlıq və regional inteqrasiya təşəbbüsləri, nəqliyyat-kommunikasiya layihələrinin açılması perspektivləri və uzunmüddətli sabitliyin təmin olunması istiqamətində atılan addımlar forum çərçivəsində aparılan müzakirələrdə xüsusi yer tutub.
Bu kontekstdə Prezident İlham Əliyevin Azərbaycanın sülh gündəliyinə sadiqliyini, regionda davamlı inkişafın yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında mümkün olduğunu vurğulaması qlobal auditoriya üçün mühüm mesaj kimi dəyərləndirilir.
Davos Forumunda aparılan ikitərəfli görüşlər Azərbaycanın iqtisadi potensialının təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin beynəlxalq maliyyə institutlarının, transmilli şirkətlərin rəhbərləri ilə görüşləri çərçivəsində ölkədə aparılan struktur islahatları, qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində yaradılan imkanlar diqqətə çatdırılıb. Azərbaycanın sabit makroiqtisadi göstəriciləri, əlverişli biznes mühiti və strateji coğrafi mövqeyi xarici investorlar üçün cəlbedici faktorlar kimi təqdim olunub və bu, Davos platformasında ölkəyə olan marağı daha da artırıb.
Bu baxımda da Prezident İlham Əliyevin 2026-cı il Davos Dünya İqtisadi Forumunda iştirakı Azərbaycanın yalnız regional deyil, eyni zamanda qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. Forum çərçivəsində səsləndirilən mövqelər, aparılan müzakirələr və qurulan əlaqələr Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, milli maraqlarının qorunmasına və uzunmüddətli inkişaf strategiyasının təşviqinə xidmət edir”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət





