“Müasir beynəlxalq münasibətlər sistemində informasiya məkanı artıq ənənəvi siyasi və iqtisadi proseslər qədər mühüm əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial media platformalarının təsir imkanlarının genişlənməsi və süni intellekt alətlərinin gündəlik həyata daxil olması xəbərin yayılma sürətini misilsiz dərəcədə artırıb. Bununla yanaşı, dezinformasiya, manipulyasiya və saxta xəbərlər də qlobal təhlükəsizlik üçün ciddi çağırışlardan birinə çevrilib. Məhz belə bir dövrdə Şuşada keçirilən IV Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqətini ən aktual məsələlərdən birinə yönəldib.”
Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin açıqlamasında yer alıb.
Millət vəkili Forumun açılışında çıxış edən Prezident İlham Əliyevin informasiya mühitində baş verən proseslərə dair verdiyi mesajların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dövlət başçısı qeyd etdi ki, həqiqətin qorunması, obyektiv jurnalistika prinsiplərinə sadiqlik və cəmiyyətin düzgün məlumatlandırılması medianın əsas missiyası olaraq qalır. Bu fikirlər təkcə peşəkar jurnalistika üçün deyil, həm də dövlətlər arasında qarşılıqlı etimadın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki dezinformasiyanın geniş yayıldığı şəraitdə yanlış məlumatlar bəzən siyasi böhranların dərinləşməsinə, qarşıdurmaların artmasına səbəb olur və ictimai rəylə ciddi manipulyasiyalara yol açır. Azərbaycan uzun illər ərzində informasiya müharibəsinin müxtəlif formaları ilə üzləşmiş ölkə kimi bu məsələnin mahiyyətini yaxşı bilir. Xüsusilə keçmiş münaqişə dövründə ölkəmiz haqqında qərəzli məlumatların yayılması, faktların təhrif edilməsi və ikili standartların tətbiqi Azərbaycanın informasiya siyasətinin daha sistemli şəkildə formalaşdırılmasını zəruri edib. Bu baxımdan Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi fikirlər Azərbaycanın prinsipial mövqeyinin davamı kimi qiymətləndirilə bilər. Dövlətimizin əsas məqsədi həqiqətə söykənən informasiya mühitinin təşviqinə və beynəlxalq media ilə açıq dialoqun inkişafına töhfə verməkdir. Forumun məhz Şuşada keçirilməsi də dərin rəmzi məna daşıyır. Bu şəhər artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və media əməkdaşlığının mühüm ünvanına çevrilir. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin və ekspertlərin Şuşada bir araya gəlməsi Azərbaycanın beynəlxalq informasiya əməkdaşlığına verdiyi önəmin real ifadəsidir. Burada aparılan müzakirələr regional çərçivəni aşaraq qlobal informasiya təhlükəsizliyinin gələcəyinə dair mühüm baxışların formalaşmasına xidmət edir. Bu gün informasiya təhlükəsizliyi yalnız texnoloji məsələ deyil. O, dövlətlərin milli maraqlarının qorunması, ictimai sabitliyin təmin olunması və beynəlxalq münasibətlərdə etimadın möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. IV Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişlənməsinə, peşəkar jurnalistikanın inkişafına və həqiqətin müdafiəsinə töhfə verməkdə qətiyyətlidir. Şuşadan verilən bu çağırış qlobal media məkanında məsuliyyət, obyektivlik və etibarlılıq prinsiplərinin daha da gücləndirilməsinə xidmət edən mühüm siyasi və mənəvi mesaj kimi dəyərləndirilə bilər” – deyə, Azər Kərimli açıqlamasını başa çatdırıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






