Hər gün sosial şəbəkələrdə müxtəlif paylaşımlarla rastlaşırıq. Bunlardan əhəmiyyətsiz olanları da olur, xəbər yüklü mənalı, məzmunlu, dəyərli fikirlərlə zəngini də olur. Aktiv sosial şəbəkə istifadəçisi, tibb elmləri doktoru Yazgül Abdıyevanın paylaşımı kimi. Məhz Yazgül xanımın Facebook səhifəsindəki paylaşımından öyrəndim ki, bu gün Beynəlxalq Oftalmoloqlar Günüdür. Onun paylaşımında deyilir:
“Avqustun 8-i 2004-cü ildən etibarən Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu gün oftalmologiya sahəsində çalışan mütəxəssislərin əməyinin diqqətdə saxlanılması, göz sağlamlığının qorunmasının vacibliyinin cəmiyyətə çatdırılması və göz xəstəliklərinin profilaktikası baxımından əhəmiyyətli gündür.
Dünyada göz xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması istiqamətində aparılan maarifləndirmə işləri də bu günün əsas məqsədləri sırasındadır.
Azərbaycanda da əhalinin göz sağlamlığının qorunması, gözdən əlilliyin profilaktikası və müasir oftalmoloji xidmətlərin göstərilməsi daim diqqət mərkəzindədir. Ölkəmizdə gözdən əlilliyin qarşısının alınması və əhaliyə oftalmoloji yardım göstərilməsi daim dövlətimizin diqqətindədir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, həmçinin Mərkəzin Masallı, Gəncə və Şəki regional Filialları göz xəstəliklərindən əziyyət çəkən insanlara yüksək səviyyədə xidmət göstərir.
Yüksək keyfiyyətli, dünya səviyyəli diaqnostik və cərrahi avadanlıqlarla təchiz edilmiş, peşəkar həkim heyətinə malik mərkəz və regional filiallar daim əhalinin sağlamlığının keşiyində durur.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların tətbiqi görmə orqanının anatomik və funksional parametrlərinin daha dəqiq öyrənilməsinə imkan verir. Bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətinin, həmçinin gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə şərait yaradır. Bütün bunlar mərkəzin peşəkar həkim heyətinin fəaliyyəti ilə həyata keçirilir.
Respublika əhalisinə yüksək səviyyəli oftalmoloji yardımın göstərilməsi çərçivəsində Mərkəzin Səyyar Klinikasının da fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Səyyar Klinika müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla təchiz edilmişdir. Səyyar Klinika avtomobil və dəmir yolu səyyar klinikalarından ibarətdir. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalara əsaslanan cərrahi və terapevtik oftalmoloji yardım göstərir. Eyni zamanda, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə və uşaq bağçalarında kontingentin dispanser müayinəsini həyata keçirir.
Azərbaycanda oftalmoloji yardımın optimallaşdırılması istiqamətində böyük işlər görülür. Eyni zamanda, cənab Prezidentin Böyük Qayıdış proqramına qoşularaq işğaldan azad edilmiş ərazilərimizdə də oftalmoloji xidmətlərin həyata keçirilməsi istiqamətində tədbirlər görülür”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət




