Qaynarxett.az xəbər verir ki, görüş zamanı deputat gənclər qarşısında çıxış edərək onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal iştirakının, təşəbbüskarlığının və yeni ideyalarının əhəmiyyətindən danışıb.
Fariz İsmayılzadə gənclərin qarşısında duran imkan və çağırışlara toxunaraq, onların şəxsi inkişafı, təhsil və karyera imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
Səmimi müzakirə şəraitində keçən görüşdə gənclər öz fikir və təkliflərini səsləndirib, onları maraqlandıran məsələlərlə bağlı deputata suallar ünvanlayıblar.
Görüş gənclərin ictimai fəallığının artırılması və onların gələcək inkişafına dair fikir mübadiləsi baxımından faydalı olub.


