Qaynarxett.az xəbər verir ki, görüş zamanı deputat vətəndaşların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Səsləndirilən problemlərin həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Daha sonra Müşfiq Məmmədli Quba rayonunun Zərqava kəndindən olan Vətən müharibəsi şəhidi Sultanov Səlim Sultan oğlunun ailəsini ziyarət edib.
Şəhidin ailə üzvləri ilə görüşən deputat onların qayğı və problemləri ilə maraqlanıb. Müşfiq Məmmədli şəhid Səlim Sultanovun əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb.






