backend

Deputat Müşfiq Məmmədli Quba rayonunda şəhid Taleh Salamovun ailəsini ziyarət edib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba rayonunun Xırt kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhid Salamov Taleh Ədalət oğlunun ailəsini ziyarət edib.

Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb. Deputat ailənin qayğı və müraciətləri ilə maraqlanıb, onların fikir və təkliflərini dinləyərək qaldırılan məsələlərin diqqətdə saxlanılacağını bildirib.
Müşfiq Məmmədli qeyd edib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi hər zaman uca tutulur, onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Deputat Vətən uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib, ailələrinə səbir və möhkəmlik arzulayıb.
“Şəhidlərimizin ruhu şad, əziz xatirələri daim xalqımızın qəlbində yaşayacaq”, – deyə deputat vurğulayıb.