backend

Dərin minnətdarlıq hissi ilə təşəkkür edirik

Dünən əməkdaşımız Veysəl Əylislini Nizami Rayon 24-cü Polis idarəsinin əməkdaşları və onların himayə etdiyi Tik Toker Vusalə Nərimanzadə və özünü polis işcisi kimi təqdim edən Daşqın adlı şəxslərlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə cagırılmışdı: "Təxminən saat 12.30 radələrində Bakı Şəhər Baş Polis İdarəsində olaraq Cinayət axtarış şöbəsinin əməkdaşı Mehdi müəllimlə görüşdüb ətraflı izahat verdim."

Qaynarxett.az olaraq əməkdaşımızın cox səmimi qarşılandıgı ücün Bakı Şəhər Baş Polis idarəsinin Cinayət axtarış şöbəsinin rəisi Tərxan Əhmədova və Mehdi müəllimə öz razılıgımızı bildiririk. Əməkdaşımıza olunan haqsızlıqla bağlı dərhal hərəkətə kecən DİN-ə, Cənab nazir Vilayət Eyvazova və Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə dərin minnətdarlıq hissi ilə təşəkkür edirik.

Qaynarxett.az