backend

Suvarma arxının üzərində ÖZÜNƏ OBYEKT TİKDİRİR... - "Şərikli kommersiya ilə məşğul olmaq istəyirlər..."

Göyçay rayon Çaxırlı kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab prezident İlham Əliyev yazaraq sizə bildiririk ki, Göyçay rayon Çaxırlı kənd sakinləri torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş arxın üzərində Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudov qanunsuz obyekt tikdirir.

Orxan Mahmudov suvarma sistemləri idarəsinin müdiri vəzifəsindən istifadə etməklə su kanalının üzərinə beton tökərək su kanalının daralmasına səbəb olub.Orxan Mahmudovun əvvəlki müdir Şakir Əhmədovdan heç bir fərqi yoxdur.İdarənin texnikaların xüsusi işlərdə işlədilir.İllərini bu işə qurban verən təcrübəli işçiləri işindən uzaqlaşdırıb təcrübəsiz insanları işə qəbul edib. Texnikaların əksər hissəsini yararsız vəziyyətə salıb.
İndi isə bir kəndin suvarma kanalının üzərində qanunsuz maqazin inşa etdirir.Adı Seymur Azadov adlı şəxs olsada əslində həmin qanunsuz tikinti Orxan Mahmudova məxsusdur.Seymur Azadov əvvəllər Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barəd müntəzəm şikayətlər edib.İndi isə yeni müdir Orxan Mahmudovla dost olub şərikli kommersiya ilə məşğul olmaq istəyirlər.

Qeyd edək ki, Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Orxan Mahmudov Göyçay rayon İcra başçısı Natiq Ağayev himayə edib bu vəzifəyə gəlməyinə köməklik göstərir.İcra başçısı çalışır ki, Orxan Mahmudovu yeni yaradılacaq Su Ehtiyatları İdarəsinə müdir vəzifəsinə təyin etdirə bilsin.Ancaq Orxan Mahmudov bu səhənin kadırı deyil heç bir iş təcrübəsi və məsuliyyəti yoxdur.

Cənab Prezident Sizdən xahiş edirik şikayətimizi araşdırıb Çaxırlı kəndinin su kanalının üzərində qanunsuz beton töküb tikinti-quraşdıma işləri aparan Orxan Mahmudovun barəsində ciddi tədbirlər görəsiniz".