backend

Sumqayıtda "Liman" restoranının sahibi Vüqar Qələndərov iş adamını və fəhlələri niyə carəsiz qoyub?

Qaynarxett.az-a müraciət edən iş adamı Rahib Fətullayev Sumqayıtin Sahil küçəsində yerləşən "Liman" restoranının müdiriyyətindən şikayətcidir. O, bildirir ki, "Liman" restoranının sahibi Vüqar Qələndərov onu aldadaraq pis vəziyyətə salıb:

"3 ay bundan öncə Sumqayıtda yerləşən "Liman" restoranına Vintilyasiya havalandırma sistemi ilə bağlı təklif istədilər. Təklif verdim, sonra isə məbləğdən endirim istədilər, onu edib razılaşdıq və mən işə başladım, İşi yekunda işi heç bir səbəb göstərmədən dayandırdılar və mənim alacağımın çox bir hissəsinini ödəmirlər. Necə gündür dəfələrlə Vüqar müəllimə zəng edirəm. Beş zəngimdən birini açıb deyir ki, gəl, sök apar, istəmirəm, get kimə deyirsən de. Mən hazırda çox pis vəziyyətdə qalmışam, özümlə bərabər işləyən fəhlələr məndən pulların tələb edirlər. Mənim də heç bir imkanım yoxdur ki, fəhlələrin pulunu verim."

Əməkdaşımız qarşı tərəfin mövqeyini öyrənmək ücün araşdırma aparır. Yaxın saatlarda oxucularımıza məlumat veriləcəkdir.

Qaynarxett.az