Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr 2025-ci il tarixində Qazaxıstanın “Kazinform” dövlət informasiya agentliyinə verdiyi geniş və məzmunlu müsahibə bir daha sübut edir ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə dövlətlərarası deyil, eyni zamanda xalqlarımızın ortaq mənəvi, tarixi və mədəni irsinə söykənən sarsılmaz qardaşlıq telləri ilə bağlıdır. Cənab Prezident İlham Əliyev bu münasibətlərin əsl nümunəvi modelə çevrildiyini və qarşılıqlı hörmət, etimad və ortaq məqsədlərə əsaslandığını çox düzgün və dəqiq şəkildə ifadə edib. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsində də daha da güclənib və bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də mədəni sahələri əhatə edir.
İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşası Qazaxıstanın Azərbaycana mənəvi dəstəyinin və humanitar sahədə əməkdaşlığın parlaq nümunəsidir. Bu təşəbbüs, bir təhsil layihəsi olmaqla yanaşı, həm də türk dünyasının ortaq dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin dinamik və davamlı artım tempini vurğulayaraq, ticarət dövriyyəsinin ötən ilə nisbətən üç dəfədən çox artdığını qeyd etdi. Bu, Orta Dəhliz kimi strateji əhəmiyyətli nəqliyyat marşrutunun və infrastrukturun modernləşdirilməsinin real nəticəsidir.
Müsahibə zamanı cənab Prezidentin Xəzər dənizində yaranmış ekoloji təhlükələr barədə dedikləri çox ciddi və düşünülmüş xəbərdarlıqdır. Dayazlaşma prosesi təkcə ekoloji deyil, həm də iqtisadi və sosial fəsadlara səbəb ola bilər. Burada bütün Xəzəryanı dövlətlərin birgə və koordinasiyalı fəaliyyətinə böyük ehtiyac var. Prezident İlham Əliyev bu istiqamətdə Azərbaycanın lider mövqeyini bir daha nümayiş etdirib və region dövlətlərini ortaq məsuliyyətə çağırıb.
Cənab Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin real vəziyyətinin dolğun ifadəsi olmaqla yanaşı, həm də gələcək əməkdaşlığın strateji yol xəritəsidir. Azərbaycan ilə Qazaxıstan arasındakı dərin qardaşlıq münasibətləri regional sabitliyin və inkişafın mühüm təminatçılarından biridir.
Fatma Yıldırım
Milli Məclisin deputat
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət