Qaynarxett.az xəbər verir ki, turnirdə Uşaq-Gənclər İdman Məktəbi, Ulduzlar və Atiq Futbol Akademiyasının komandaları mübarizə apardılar. İki gün davam edən oyunlar gərgin və maraqlı keçdi.
🏆 Nəticələr:
🥇 1-ci yer – “UGİM-1”
🥈 2-ci yer – “Şəhid Atik-1”
🥉 3-cü yer – “Ulduzlar-2”
Qaliblərə “Bələdiyyə Kuboku”, medal, diplom və hədiyyələr təqdim olundu.
Turnir Mingəçevir gənclərinin idmana olan sevgisini və sağlam həyat tərzinə bağlılığını bir daha nümayiş etdirdi.











