backend

Mingəçevirdə “Bələdiyyə Kuboku” mini-futbol turniri başa çatdı - Foto

30–31 oktyabr tarixlərində “Şəhər günü” münasibətilə Mingəçevir Bələdiyyəsi tərəfindən ilk dəfə təşkil olunan mini-futbol yarışı şəhər stadionunda keçirildi.

Qaynarxett.az xəbər verir ki, turnirdə Uşaq-Gənclər İdman Məktəbi, Ulduzlar və Atiq Futbol Akademiyasının komandaları mübarizə apardılar. İki gün davam edən oyunlar gərgin və maraqlı keçdi.

🏆 Nəticələr:
🥇 1-ci yer – “UGİM-1”
🥈 2-ci yer – “Şəhid Atik-1”
🥉 3-cü yer – “Ulduzlar-2”

Qaliblərə “Bələdiyyə Kuboku”, medal, diplom və hədiyyələr təqdim olundu.
Turnir Mingəçevir gənclərinin idmana olan sevgisini və sağlam həyat tərzinə bağlılığını bir daha nümayiş etdirdi.