Bu gün 8 Noyabr Zəfər Günü təkcə Azərbaycan Xalqının deyil, həm də Türk Xalqlarının, İslam Aləminin çox mübarək və tarixi bir Bayramıdır.
8 Noyabr Zəfər Günü…Günəşin və Ayın Şəhidlərin qanı ilə boyanmış Zəfər şüalarının Türkün şanını və şöhrətini əbədiyyətədək ucaltdığı bir gündür. Tükənməz sevinci gələcək nəsillərə ərmağan olan türkün Ləyaqət və Qürur günüdür. Bayramımız əbədi olsun.Amin. Zəfərimiz Mübarək!
44 günlük Vətən savaşı işğalçı Ermənistan üzərində qazanılan qələbə deyil. Dünya Hərb tarixində bənzəri olmayan bu savaş üç yüz ildən çox tarixə malik dünya erməniliyi və onu dəstəkləyən dünya imperialist gücləri qarşısında xalqın qorxmazlıq, cəsarət, qətiyyət, əyilməzlik,şücaət, birlik, həmrəylik, məğlubedilməzlik, qəhramanlıq, rəşadətli dirəniş rəmzidir. “Vətəni sevmək imandandır” , “Şəhidlər Ölməz Vətən Bölünməz” , “Bir Millət İki Dövlət” məfkurəli Azərbaycan xalqının, haqq və ədalət uğrundakı bu mübarizəsi dünyada əzilən və zülmə məruz qalan bütün xalqların ilham qaynağıdır. Bu gün bir xalqın öz taleyinin, istiqlalının və istiqbalının xilaskarı olan LİDERİNƏ inanaraq Dəmir Yumruq kimi düşmənə zərbə vurduğu, əbədi məğlubiyyətə göndərdiyi gündür.
8 Noyabr Şəhid qanı ilə suvarılmış Vətən torpağının gülüstana çevrildiyi bir gündür. Allah Əziz Şəhidlərimizə rəhmət etsin.Amin.
Allah Əziz Qazilərimizə can sağlığı versin. Amin.
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Bir daha bu mübarək bayam münasibətilə Sizin hər birinizi təbrik edir, Vətənimizin və Dövlətimizin gələcəyi naminə yorulmaz fəaliyyət arzulayıram. Əminik ki, 44 günlük Vətən müharibəsindəki eyni ruh, eyni məfkurə, birlik və həmrəyliklə, LİDERİMİZİN rəhbərliyi ilə əbədi və əzəli yurd yerlərimiz olan Qərbi Azərbaycana da qayıdacağıq. İnşallah!
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / maraqli / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Sosial




