20 Yanvar — Azərbaycanın yaddaşında təkcə bir faciə günü deyil; bu xalqın öz taleyinə sahib çıxmaq iradəsinin qanla yazıldığı gecədir. Həmin gecə insanlar sadəcə küçəyə çıxmadılar - onlar qorxuya, susqunluğa və zorun qarşısında diz çökməyə “yox” dedilər. O gecə şəhid olanlar ilk olaraq şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın azadlıq haqqını öz canları ilə möhürlədilər.
Biz bu gün müstəqil dövlətdən, bayraqdan, ləyaqətli duruşdan danışırıqsa, bunun arxasında 20 Yanvarın ruhumuzu titrədən dərsi var. Onların ölümü son yox, bir başlanğıc oldu. Millətin özünə inamını, birliyini və azadlıq düşüncəsini oyadan ən ağır, ən ağrılı həqiqət oldu. Sanki həmin gecə Azərbaycan öz sabahını itirmədi, əksinə, ağır itkilər bahasına sabahına gedən yolu tapdı.
20 Yanvar şəhidlərinin ən böyük töhfəsi odur ki, onlar ölümləri ilə azadlığın qiymətini unutmağa qoymadılar. Çünki həmin gecə azadlıq anlayışı söz olmaqdan çıxdı, müqəddəs bir əmanətə çevrildi. Onlar Azərbaycanı bugünkü Azərbaycan edən mənəvi dayaqlardır. Onlar dövlətçilik ruhunun, milli iradənin, ləyaqətin simvoludurlar.
20 Yanvar şəhidlərinin ruhu şad olsun. Onlar bizim yaddaşımızda təkcə anım deyil, həm də məsuliyyətdir. Biz Azərbaycanı qorumaq, onu daha güclü etmək, şəhidlərin əmanətini və ölkə vətəndaşlarını layaqətli yaşatmaq məsuliyyəti daşıyırıq.
Razi Nurullayev
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / maraqli / Siyasət
gundem / Siyasət
Siyasət
gundem / Siyasət






