backend

ETİHİ-nin Şəhər və Rayon Komitələri, eləcə də üzv təşkilatlarda silsilə anım tədbirləri keçirilib.

20 Yanvar faciəsinin 36 - cı ildönümü ilə əlaqədar ETİHİ-nin Şəhər və Rayon Komitələri, eləcə də üzv təşkilatlarda silsilə anım tədbirləri keçirilib. Mərasimlərdə şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların məzarları və xatirə abidələri ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Tədbirlərdə 1990-cı ilin 20 Yanvar gecəsində xalqımızın müstəqillik və azadlıq uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq bir daha vurğulanıb. Bu gün Azərbaycanın azadlığı və suverenliyi naminə canından keçən şəhidlərimizin mübariz ruhuna ehtiramın ifadəsi olaraq, onların xatirəsi daim uca tutulur. 20 Yanvar hadisələri xalqımızın milli iradəsinin, azadlıq əzminin və vətənpərvərliyinin rəmzi kimi yaddaşlarda yaşayır.