Ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə aparılan siyasətin əsasında o möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü iradəsi dayanır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada yaşıl inkişaf modelini təşviq edən ölkələr sırasında lider mövqeyə yüksəlmişdir.
Qaynarxett.az xəbər verir ki,bunu deputat Fatma Yıldırım Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasındakı çıxışında deyib.
Lakin aparılan islahatların bölgələrdə də real nəticələr verməsi üçün yerli səviyyədə nəzarətin və təşəbbüskarlığın gücləndirilməsinə ehtiyac var. Belə ki, təmsil etdiyim Bərdə rayonunda bu istiqamətdə seçicilərimi narahat edən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Bərdə şəhərinin çox yaxınlığında, insanların sıx yaşadığı ərazidə məişət tullantılarının açıq şəkildə və mütəmadi yandırılması halları baş verir. Vətəndaşların bu məsələ ilə bağlı çoxsaylı müraciətləri göstərir ki, havadan yayılan tüstü və ağır qoxu həm ekologiyaya, həmdə insanların sağlamlığına ciddi təsir edir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün əlavə risklər yaranır.
Qanunvericilik bu cür hallara görə cərimə mexanizmləri nəzərdə tutur, lakin bu kifayət etmir. Nəzərə alsaq ki, Bərdə rayonunun əhalisi artıq 200 min nəfərə yaxınlaşır, bu, bölgədə ətraf mühitin mühafizəsi və tullantıların idarə olunması sahəsində daha sistemli və müasir yanaşmaların tətbiqini zəruri edir.
Məhz bu reallıqları nəzərə alaraq, Bərdə rayonunda məişət tullantılarının emalı və idarə olunması üzrə müasir texnologiyalara əsaslanan müəssisənin qurulmasının gələcək investisiya proqramlarına daxil edilməsinin vacibliyini vurğulamaq istərdim.
Bu baxımdan, aidiyyəti qurumlardan bu istiqamətdə dəstək və köməklik göstərilməsini xahiş edirəm. Hesab edirəm ki, bu addım regionun ekoloji təhlükəsizliyinə və ictimai sağlamlığa təsir göstərəcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial






