backend

Milli Oftalmologiya Mərkəzi qazinin gözün buynuz qişasının transplantasiyası əməliyyatı uğurla aparılıb

Gədəbəy rayonunun sakini ,qəhrəman qazimiz, I Qarabağ müharibəsinin veteranı Qasımov Eldar Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişasının transplantasiyası (keratoplastika) əməliyyatını keçirib.
Dr. Fərəh Abduləliyeva tərəfindən icra olunan əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, buynuz qişa transplantasiyası (keratoplastika) əməliyyatları ölkəmizdə uzun müddətdir həyata keçirilir. Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişasının transplantasiyasının icrası geniş şəkildə aparılır.
Mərkəz ən son texnoloji avadanlıqlar və müasir cihazlarla təmin olunub. Bu da bütün növ keratoplastika əməliyyatlarının uğurla icra edilməsinə imkan yaradır. Hazırda buynuz qişa transplantasiyası mərkəz üçün rutin tibbi prosedur olmaqla yanaşı, müasir yanaşmalarla bu fəaliyyətin ayrılmaz hissəsidir.

Həmçinin qeyd edək ki, Mərkəz tərəfindən şəhid ailələri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır.