backend

“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib.

Forumda gənclərin könüllülük fəaliyyətində rolunun artırılması, dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslərin təşviqi və regionlarda könüllülük hərəkatının gücləndirilməsi mövzularında müzakirələr aparılıb.
Tədbir çərçivəsində gənc regional nümayəndələr və bir qrup fəal könüllü 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli ictimai fəaliyyətlərinə görə mükafatlandırılıblar. Mükafat alanlar arasında “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də yer alıb.

Forumda həmkarlarımla birgə iştirak edərək çıxış etdik, könüllülük sahəsində əldə olunan nəticələr və qarşıdakı hədəflərlə bağlı fikirlərimizi bölüşdük.

Tədbirdə Milli Məclisin deputatları Vüqar İskəndərov, Könül Nurullayeva və Müşfiq Cəfərov da iştirak edərək gəncləri və könüllüləri Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onların ictimai fəallığının ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıblar.