Bakı Gənclər Mərkəzində keçirilən tədbirdə müxtəlif universitetlərin tələbələri ilə yanaşı, Qərbi Azərbaycan – Loru mahalı, Allahverdi rayonu İcmasının Gənclər Təşkilatının rəhbəri Elmir Əlizadə, Uluslararası Demokratlar Birliyi (UİD) Azərbaycan nümayəndəliyinin təmsilçisi Emre Cellat və digər ictimai təşkilatlar fəallar iştirak ediblər.
Qaynarxett.az xəbər verir ki, tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Proqram çərçivəsində Azərbaycan Respublikasında gənclər siyasətinin inkişafına verdikləri töhfələrə, ictimai fəallıqlarına və milli dəyərlərə sadiq mövqelərinə görə bir qrup gənc Fəxri Diplomla təltif edilib.
Gənclərin dövlətçilik ənənələrinə bağlılığı, milli maraqların qorunmasında rolu və Azərbaycanın gələcəyinin məhz savadlı, fəal və vətənpərvər gənclərin əlində olduğu vurğulanıb.
Tədbir gənclərin birgə xatirə fotosu və gələcək əməkdaşlıq çağırışları ilə yekunlaşıb.
Qeyd edək ki, tədbirin məqsədi ölkədə həyata keçirilən gənclər siyasətinin əsas prinsiplərinə uyğun olaraq gənclərin ictimai, mədəni və sosial həyatda fəal iştirakını təşviq etmək, onların təşəbbüskarlığını və məsuliyyətli fəaliyyətini ön plana çıxarmaq olub.
Gənclik – dövlətin sabahkı səsi, bugünkü məsuliyyətidir!




