Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz. Bu məsələ beynəlxalq hüquqla tanınıb və hamı üçün də aydındır.
Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar yolverilməzdir. Belə çıxışlar nə sülhə, nə də əməkdaşlığa xidmət edir. Əksinə, regionda gərginlik yaradır və münasibətlərə zərər vurur.
Azərbaycanla Rusiya arasında münasibətlər normal, sağlam və qarşılıqlı hörmətə əsaslanmalıdır. Ayrı-ayrı siyasətçilərin məsuliyyətsiz və təxribatçı fikirləri bu münasibətlərə kölgə salır. Bu cür yanaşmalar dostluğa yox, düşmənçiliyə xidmət edir.
Hər kəs anlamalıdır ki, başqa bir dövlətin ərazi bütövlüyünü sual altına almaq yaraşan hərəkət deyil və bu, heç vaxt qəbul edilə bilməz. Azərbaycan öz suverenliyini qətiyyətlə qoruyur və qoruyacaqdır. Konstantin Zatulin və onun kimilər isə digər ölkələrlə münasibətlərimizə xələl gətirməyə nail ola bilməyəcəklər.
Razi Nurullayev
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Siyasət




