Fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə keçirdiyi görüş ölkəmizin beynəlxalq mövqeyinin və artan geosiyasi əhəmiyyətinin bariz göstəricisidir.
Bu görüş bir daha sübut edir ki, Azərbaycan bu gün regionda söz sahibi olan, təşəbbüsləri ilə çıxış edən və qlobal gündəlikdə fəal iştirak edən etibarlı tərəfdaşdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasəti nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir.
Azərbaycan–ABŞ münasibətləri uzun illərə söykənən əməkdaşlıq tarixini əhatə edir. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi tərəfdaşlıq və təhlükəsizlik məsələləri bu əlaqələrin əsas istiqamətlərini təşkil edir.
Eyni zamanda, görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması iki ölkə münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirən mühüm sənəddir. Bu Xartiya əməkdaşlığın enerji, təhlükəsizlik, demokratiya və iqtisadi inkişaf sahələrində dərinləşdirilməsini nəzərdə tutur və tərəflərin uzunmüddətli strateji niyyətini açıq şəkildə ifadə edir.
İkitərəfli əlaqələrin bugünkü yüksək səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında formalaşmış qarşılıqlı etimada və səmimi dialoqa əsaslanan münasibətlərin xüsusi və mühüm rolu vardır. Bugün Bakıda keçirilən bu yüksək səviyyəli görüş isə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin beynəlxalq platformalarda artan rolu, sülh və sabitliyə verdiyi töhfələr, eləcə də strateji layihələrdə fəal iştirakı Azərbaycanı etibarlı və məsuliyyətli tərəfdaş kimi daha da ön plana çıxarır.
Əminəm ki, bu səfər iki ölkə arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı maraqlara xidmət edən yeni layihələrin reallaşmasına və regional təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Fatma Yıldırım
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət

