backend

Millət vəkili növbəti vətəndaş qəbulu keçirdi

Milli Məclisin deputatı Sahib Alıyev Ağdaş rayonunun Ağcayazı kəndində vətəndaş qəbulu keçirib. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.

Qaynarxett.az xəbər verir ki, görüşdə problemlərlə bağlı müraciətlər səsləndirilib. Deputat qaldırılan məsələlərin bir qisminin yerində araşdırılması üçün aidiyyəti qurumlara yönləndiriləcəyini, digər məsələlərin isə nəzarətə götürüləcəyini bildirib.

Sakinlər onların problemlərinin dinlənilməsinə və həlli istiqamətində göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Qəbulun əsas məqsədinin vətəndaşlarla birbaşa təmasın gücləndirilməsi və mövcud problemlərin operativ həlli olduğu vurğulanıb.