backend

Balakən rayonunun Hənifə kəndində vətəndaş qəbulu keçirilib

Deputat Azər Kərimli tərəfindən növbəti vətəndaş qəbulu Balakən rayonunun Hənifə kəndində keçirilib.

Qaynarxett.az xəbər verir ki, qəbul zamanı kənd sakinləri tərəfindən müxtəlif sosial və məişət problemləri, eləcə də digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, həlli mümkün olan problemlərlə bağlı müvafiq izahlar verilib.

Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara göndərilməsi və nəzarətdə saxlanılması üçün qeydə alınıb.

Deputat vətəndaşların müraciətlərinə həssas yanaşılmasının vacibliyini vurğulayıb və problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.