backend

“Tramp təzadlı açıqlamalar verə bilər”- VİDEO

“Tramp təzadlı açıqlamalar verə bilər. Onun dediyi hər sözü də ciddiyə almaq lazım deyil. Tramp hər çıxışında fərqli fikirlər söyləyir. Bu da açıqlama xatirinə verilən açıqlamadır. Aydındır ki, ABŞ-ın niyyəti başqadır”– bu fikirləri ARB24 televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, ABŞ İran məsələsini tezliklə başa çatdırmaq niyyətindədir.
“ABŞ hücumlarını genişləndiricək. Bunun səbəbləri çoxdur. İran Hörmüz boğazını bağlamaq üçün təhdid edir, amma bu boğazı bağlaya bilmir. Elə Laricaninin açıqlaması da açıqlama xatirinə verilən bir sözdür.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: