backend

Deputat Samir Vəliyev seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında vətəndaşlarla görüş keçirib. Görüş zamanı seçicilərin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən sosial və digər məsələlər müzakirə olunub.

Deputat qeyd edib ki, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə uyğun olaraq yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan digər müraciətlər isə baxılması üçün aidiyyəti qurumlara yönləndirilib.

Görüşdə vətəndaşların problemlərinin operativ həlli və onların müraciətlərinə həssas yanaşmanın vacibliyi vurğulanıb. Seçicilər də qaldırdıqları məsələlərə göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.