backend

Deputat Könül Nurullayeva vətəndaş qəbulunun tarixini açıqladı

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulu keçirəcək.

Qəbul zamanı vətəndaşların müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinləniləcək, səsləndirilən problemlərin həlli istiqamətində müvafiq addımların atılması nəzərdə tutulur.

Görüşdə iştirak etmək istəyən şəxslər əvvəlcədən qeydiyyatdan keçmək üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

📞 +994 55 276 23 75

Qeyd edək ki, vətəndaş qəbulları əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həlli baxımından mühüm əhəmiyyət daşıyır.