backend

Deputat Razi Nurullayevdən bayram təbriki

Millət vəkili Razi Nurullayev Ramazan və Novruz bayramlarının eyni günə təsadüf etməsi münasibətilə paylaşım edərək xalqı təbrik edib.

Deputat bildirib ki, bu gün həm Ramazan ayının mənəvi saflıq, səbr və mərhəmət ruhunu, həm də Novruzun yenilənmə, birlik və ümid rəmzini özündə birləşdirən nadir və mənalı gündür. Onun sözlərinə görə, insanlar bu mübarək vaxtda həm ibadətlə ruhlarını saflaşdırır, həm də baharın gəlişi ilə yeni başlanğıclara qədəm qoyurlar.

Razi Nurullayev hər kəsə möhkəm can sağlığı, ruzi-bərəkət, ailə səadəti və qəlb rahatlığı arzulayıb. O qeyd edib ki, bu günün həm duaların qəbul olunduğu, həm də insan həyatına işıq və ümid gətirən bir başlanğıc olması diləyi ilə xalqımıza xeyir-dualarını çatdırır.

Deputat sonda “Ramazanınız mübarək, Novruzunuz mübarək!” sözləri ilə təbrikini tamamlayıb.