Milli Məclisin deputatı Fatma Yıldırım Novruz bayramı münasibətilə xalqı təbrik edib və Qarabağda keçirilən bayram tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Deputat bildirib ki, bu il Novruz tonqalının Xocavənd rayonunun Xanoba kəndində alovlandırılması dərin rəmzi məna daşıyır. İlham Əliyev və Mehriban Əliyevanın burada xalqla birlikdə bayram sevincini bölüşməsi Qarabağda dövlət iradəsinin, qətiyyətin və qayğının ən yüksək səviyyədə təcəssümüdür.
Onun sözlərinə görə, dövlət başçısının uzaqgörən siyasəti və qətiyyətli liderliyi nəticəsində bu gün Qarabağda həyat yenidən dirçəlir. Birinci vitse-prezident Mehriban Əliyevanın humanist fəaliyyəti və milli-mənəvi dəyərlərə verdiyi töhfə isə bu dirçəlişə xüsusi mənəvi ruh qatır.
Fatma Yıldırım qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqlar fonunda Prezident İlham Əliyevin hər il Novruz bayramını işğaldan azad olunmuş ərazilərdə qeyd etməsi artıq ənənəyə çevrilib. Bu ənənə xalqın zəfər ruhunun, torpağa bağlılığının və milli qürurunun parlaq ifadəsidir.
Deputat vurğulayıb ki, Qarabağda yandırılan hər tonqal illərlə həsrətində olduğumuz torpaqlarda həyatın bərpa olunmasının, ruhun və nəfəsin geri qayıtmasının simvoludur. Bu, həm də tarixi ədalətin bərpası, milli yaddaşın dirçəlişi və gələcəyə olan inamın möhkəmlənməsi deməkdir.
Siyasi baxımdan isə bu addımın mühüm mesaj verdiyini bildirən deputat qeyd edib ki, bu görüntülər bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir və həmin ərazilərdə dövlət suverenliyinin tam təmin olunduğunu göstərir.
Fatma Yıldırım əminliklə ifadə edib ki, bu gözəl ənənə gələcək illərdə də davam etdiriləcək və Qarabağda qeyd olunan hər Novruz bayramı Azərbaycanın birliyinin, gücünün və sarsılmaz iradəsinin növbəti təntənəsinə çevriləcək.
Deputat sonda bildirib ki, bu gün Qarabağda yanan tonqallar Azərbaycanın haqqının, gücünün və parlaq gələcəyinin rəmzidir və hər bir azərbaycanlının qəlbində böyük qürur hissi yaradır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət




